Ukrayna ilə Rusiya sərhədində Azərbaycan vətəndaşı saxlanılıb

OXUNUB: 554 HADİSƏ

Dekabrın 25-nə keçən gecə Ukraynanın Luqansk vilayətinin Rassıpnoe yaşayış məntəqəsi yaxınlığında qanunsuz olaraq Rusiya ilə sərhədi keçməyə cəhd göstərən Azərbaycan və Ukrayna vətəndaşı saxlanılıb.

Onlar Rusiya ilə sərhədin 15 metrliyində sərhədçilər tərəfindən dayandırılıblar.

Saxlanılan şəxslər sərhəd xidmət bölməsinə aparılıb. Onların üzərində Ukrayna və Azərbaycan pasportları olub.

Sərhədi qanunsuz keçməyə görə inzibati hüquq pozuntusu haqqında protokol tərtib edilib, iş məhkəməyə göndərilib./report

 

İcmal.Az

RƏYLƏR