Ukrayna prezidenti Vladimir Zelenskinin olduğu avtomobil Kiyevdə yol qəzasına düşüb. Zelenski yüngül xəsarət alıb.
7NEWS.az xəbər verir ki, Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov Vladimir Zelenskinin avtomobilinin Kiyevdə yol qəzası törətdiyini açıqlayıb. Qəzanın nə vaxt baş verdiyini açıqlamayan Nikiforov bildirib ki, Zelenskinin maşını ilə avtomobil toqquşub.
7NEWS.az