Ukrayna raketi Belarus ərazisinə düşdü

OXUNUB: 517 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Belarus Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynanın S-300 hava hücumundan müdafiə sistemi ilə atılan raketin Belarus ərazisinə düşdüyü bildirilib. Fevralın 24-də başlayan Ukrayna müharibəsi 10-cu ayda davam edərkən, son vaxtlar Rusiya ilə böyük təlimlər keçirən Belarusun da müharibəyə cəlb edilib-edilməməsi maraq doğururdu. Dekabrın ortalarında Putin ən yaxın müttəfiqi kimi tanınan prezident Aleksandr Lukaşenko ilə görüşüb və Putinin status-kvonu dəyişmək üçün Belarus addımı atmağa hazırlaşdığı iddia edilib. Rusiyalı siyasi ekspert Stanislav Belkovsi isə Minskin bu addımının Ukraynanın böyük hücumunun qarşısını almaq məqsədi daşıdığını iddia edərək, Rusiya liderinin Belarusu müharibəyə qatmağı planlaşdırdığını açıqlayıb.


RƏYLƏR