Ukrayna və Moldovanın xarici işlər nazirləri G7 xarici işlər nazirləri ilə görüşür

OXUNUB: 393 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, G7 xarici işlər nazirləri Almaniyanın Şlezviq-Hosteyn əyalətinin Vanqels bölgəsində dünən başlayan iclasdan sonra Rusiyanın Ukraynaya hücumlarını müzakirə etmək üçün bu gün yenidən bir araya gəlib. Almaniyanın xarici işlər naziri Annalena Baerbokun ev sahibliyi etdiyi sessiyada Böyük Britaniya, Almaniya, Kanada, Fransa, İtaliya, ABŞ və Yaponiya da daxil olmaqla G7 ölkələrinin xarici işlər nazirləri, Ukrayna və Moldovanın xarici işlər nazirləri iştirak ediblər. İclasın gündəmində Ukraynadakı müharibənin səbəb olduğu ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqların olduğu bildirilib.

7NEWS.az

RƏYLƏR