Ukraynada azərbaycanlı məmurun oğlu yandı

OXUNUB: 656 SOSİAL

Ukraynada yanğın zamanı ölən İntiqam Abışov 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi Dairə Seçki Komissiyası (DSK) sədri Yengibar Abışovun oğludur.

İcmal.Az-ın Report-a istinadən xəbərinə görə, 39 yaşlı İ.Abışov Zaporojye şəhərindəki hosteldə baş verən yanğın zamanı dünyasını dəyişib.

O, Sabirabad rayonunda dəfn edilib.

Qeyd edək ki, hadisə zamanı ümumilikdə 4 azərbaycanlı faciəli şəkildə ölüb. Yanğına səbəb kimi elektrik sobasının cərəyana qoşulu vəziyyətdə qalması göstərilir.

İcmal.Az

RƏYLƏR