Ukraynada biznesmenin qızı piyadaları vurdu - 5 ölü, 6 yaralı - VİDEO + YENİLƏNİB

OXUNUB: 929 DÜNYA

Ukraynanın Xarkov şəhərində işıqforun yaşıl işığında gözləyən piyadaları vuran "Lexus"un sahibi məlum olub.

Artıq piyadaların ölümünə səbəb olan "Lexus"un sahibi polis tərəfindən saxlanılıb və məhkəmə onun haqqında həbs qərarı çıxarıb.

Məlum olub ki, sürücü yerli biznesmenlərdən olan "Qruppa-Tayfun”un rəhbəri Vasili Zayçevin 20 yaşlı qızı Yelena Zayçevadır. /oxu

***

23:41 (18.10. 2017)

Ukraynanın Xarkov şəhərində minik avtomobili kütləyə çırpılıb.

 "112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 5 nəfər ölüb, 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Sumskaya küçəsində qeydə alınan hadisənin səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

İcmal.Az

RƏYLƏR