Ukraynada qar fırtınası nəticəsində 10 nəfər ölüb

OXUNUB: 355 Özəl DÜNYA
Ukraynada qar fırtınası nəticəsində 10 nəfər ölüb. Uşaqlar da daxil olmaqla 20-dən çox yaralı var.

7NEWS.az xəbər verir ki, Ukraynanı vuran şiddətli fırtına təsir etməkdə davam edir. Ukraynanın daxili işlər naziri İqor Klimenko sosial media hesabından verdiyi açıqlamada Odessa, Xarkov, Mikolayiv vilayətləri və Kiyevdə 10 nəfərin həyatını itirdiyini, 2-si uşaq olmaqla 23 nəfərin yaralandığını bildirib. Nazir Klimenko bildirib ki, itkilərdən 5-i Odessada, 2-si isə Mikolayivdə qeydə alınıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar ölkə üzrə 11 rayonda 411 yaşayış məntəqəsi işıqsız qalıb.

7NEWS.az

RƏYLƏR