Ukraynada rusiyalı jurnalist güllələnib – YENİLƏNİB

OXUNUB: 539 DÜNYA

Moskva Ukrayna hökumətini rusiyalı jurnalist Arkadiy Babçenkonun qətli ilə bağlı operativ istintaqa əlindən gələn dəstəyi göstərməyə çağırıb.

İcmal.Az xəbər verir ki, bu haqda Rusiya XİN-nin bəyanatında deyilir.

"İnanırıq ki, beynəlxalq instansiyalar və qeyri-hökumət təşkilatları istintaqın gedişini öz nəzarətlərinə götürəcək”, - deyə bəyanatda qeyd olunub.

Rusiya XİN Ukraynada KİV əməkdaşlarına qarşı fiziki zorakılıq və silahlı hücum hallarının artdığına diqqət çəkib.

"Qanlı cinayətlər və total cəzasızlıq Kiyev rejimi üçün adi hal alıb”, - deyə məlumatda qeyd olunur.

 

23:16

Kiyev şəhərində rusiyalı jurnalist Arkadiy Babçenko güllələnib.

İcmal.Az xəbər verir ki, bu barədə "Gazeta.ru” məlumat yayıb.

Yerli jurnalist Ayder Mujdabayev öz "Facebook” səhifəsində Babçenkonun öz evində bel nayihəsindən güllələndiyini və onun xəstəxanaya aparıldığını bildirib.

"Qromadske” radiosunun müxbiri İrina Romaliyski isə jurnalistin aldığı güllə yarasından öldüyünü açıqlayıb. Onun sözlərinə görə, informasiyanı Ukrayna DİN rəhbərinin müşaviri Qeraşenko da təsdiqləyib.

Silahlı hücum Kiyevin Dneprov rayonunda baş verib. Kimliyi açıqlanmayan qadın polisin qaynar xəttinə zəng vuraraq, Babçenkonu qan içində aşkarladığını bildirib. Babçenko təcili tibbi yardım maşını ilə xəstəxanaya daşınan zaman yolda keçinib.

Cinayətin təfərrüatı və motivləri barədə məlumat verilmir.

İcmal.Az

RƏYLƏR