Ukraynada üç azərbaycanlı saxlanıldı – FOTO

OXUNUB: 692 HADİSƏ

Ukraynanın Zaporojye vilayətində mütəşəkkil cinayətkarlıqda şübhəli bilinən 3 azərbaycanlı saxlanılıb.

Axtarış zamanı onların üzərindən əl qumbaraları, odlu silah və güllələr götürülüb.

Polis "Mercedes” markalı avtomobildə hərəkət edən cinayətkarları izləyərək yaxalayıb. Məlum olub ki, nəqliyyat vasitəsi Dneprdən oğurlanıb. 

Azərbaycanlılar Ukrayna Cinayət Məcəlləsinin "Qanunsuz nəqliyyat vasitəsi əldə etmək”, "Silah və döyüş sursatı ilə qanunsuz davranma” və "Dələduzluq” maddələri ilə ittiham olunacaqlar./oxu

 

İcmal.Az

RƏYLƏR