Ukraynanın ən böyük silah anbarında növbəti PARTLAYIŞ

OXUNUB: 1043 DÜNYA

Ukraynanın Xarkov vilayətində Balakleya döyüş sursatı anbarında növbəti partlayış baş verib.

 Bu haqda UNİAN agentliyi məlumat yayıb.

Fövqəladə hadisə nəticəsində 27 yaşlı hərbi qulluqçu çoxsaylı yaralar alıb.

Xatırladaq ki, 23 mart gecəsi də anbarda yanğın baş verib. Bir neçə gün davam edən yanğın nəticəsində Ukrayna dəyəri təxminən 1 milyard dollar olan döyüş sursatı itirib. Rəsmi Ukrayna hadisəni təxribat adlandırıb.

Anbar Ukraynanın ən böyük silah anbarı hesab edilir./publika

 

İcmal.Az

RƏYLƏR