Umayra Tağıyevaya vəzifə verildi

OXUNUB: 504 SOSİAL

Umayra Tağıyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyində işə başlayıb.

Bu haqda məlumatı İcmal.Az-a nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova təsdiqləyib.

O bildirib ki, Umayra Tağıyeva bundan sonra nazirlik aparatının Ekoloji Təbliğat Şöbəsində işləyəcək. 

"U.Tağıyeva bundan sonra nazirliyin ekoloji təbliğat sahəsində gördüyü işlər haqqında məlumat verərək, ictimaiyyəti bilgiləndirəcək. O, hava proqnozu, atmosfer havası, Xəzər sularında aparılan monitorinqlərin nəticələri və digər məsələlərlə bağlı vaxtaşırı efirdə görünəcək".

Qeyd edək ki, U.Tağıyeva 2015-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsindən azad edilib. Onun yerinə Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev təyin edilib.

İcmal.Az

RƏYLƏR