Uqandada torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb

OXUNUB: 486 Özəl DÜNYA
Uqandada leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb.

7NEWS.az xəbər verir ki, Uqandanın qərbindəki Kasesedə güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib. Uqanda Qızıl Xaç Cəmiyyətindən verilən açıqlamada, axtarış-xilasetmə işləri zamanı əksəriyyəti qadın və uşaq olan 15 nəfərin cansız cəsədinin tapıldığı bildirilib. Açıqlamada 6 yaralının xəstəxanaya aparıldığı, könüllülərin və yerli hakimiyyət orqanlarının iştirakı ilə axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib. Güclü yağışların yaratdığı seldə bəzi evlərin su altında qaldığı qeydə alınıb.

7NEWS.az

RƏYLƏR