Uşağı vurub öldürənə hökm oxundu

OXUNUB: 808 HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 6 yaşlı uşağı avtomobillə vurub öldürməkdə təqsirləndirilən Məlik Meybullayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

Hakim İradə Həsənzadənin icraatında olan prosesdə hökm oxunub. 

Məhkəmə kollegiyasının hökmü ilə M.Meybullayev 7 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə Binəqədi qəsəbəsində baş verib. M.Meybullayev idarə etdiyi avtomobillə piyada 6 yaşlı Turan Tahirlini vurub. Xəstəxanaya çatdırılan T. Tahirli 17 gündən sonra vəfat edib./qafqazinfo

 İcmal.Az


RƏYLƏR