Uşaq tonqal qalamaq istədi, faciə ilə üzləşdi - Azərbaycanda

OXUNUB: 584 HADİSƏ
Kürdəmir rayonunda uşağın xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

İcmal.Az "Report"a istinadən bildirir ki, 2009-cu il təvəllüdlü yerli sakin Hacıyev Murad İlkin oğlu Atakişili kəndində tonqal qalamaq istəyərkən ehtiyatsızlıqdan yanıb.

Azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
 

İcmal.Az

RƏYLƏR