Uşaqbaz din xadimi əxlaqsız qadının "müştəri"si imiş

OXUNUB: 641 DÜNYA

ABŞ-ın Nyu-Cersi ştatındakı rebeni (iudaizmdə dini xadim, - red.) yetkinlik yaşına çatmamış fahişə ilə cinsi əlaqədə suçlayıblar.

Şərqi Braunsvikdəki "Xabad"ın (dini təlim-tədris mərkəzi) direktoru, rebe Arye Qudmanın 17 yaşlı fahişənin "xidmət göstərdiyi" dəqiqləşmiş 30 kişidən biri olduğu deyilir.

17 yaşlı əxlaqsız qadın "müştəri"lərini Şərqi Braunsvik şəhərindəki "Fort Lee" motelində bu ilin yanvarın 1-dən fevralın 2-dək qəbul edib.

Ştat prokurorluğundan verilən məlumata görə, əslən Pensilvaniya ştatından olan 17 yaşlı qadını fahişəliyə Nyu-York sakinləri, 18 yaşlı Qabriela Kolon və 23 yaşlı Riçard Ortiz vadar ediblər.

Nyu-Yorkun Bronks səmtində yaşyan bu şəxslərin ikisi də tutulublar. Onlar insan alverində və uşaq pornoqrafiyasını yaymaqda suçlanır.

Sutenyorlar həbs olunandan 3 gün sonra A.Qudman polislərə könüllü təslim olub.

Əvvəllər o, 13 yaşlı uşağa qarşı əxlaqsız hərəkətlərdə ittiham olunaraq həbs olunmuşdu./milli.az
 
İcmal.Az

RƏYLƏR