Ustad rejissor vəfat etdi - Baş nazirdən başsağlığı - FOTO

OXUNUB: 568 ŞOU-BİZNES

Novator rejissor, müharibədən sonrakı italyan filmlərinin ustad rejissorlarından biri, kinossenarist Ermanno Olmi Aziaqodo 86 yaşında dünyasını dəyişib.

İcmal.Az xəbər verir ki, İtaliyanın Berqamo şəhərinin sakini olan tanınmış rejissor "Zaman dayandı”, "Hadisə”, "Başmaqlar üçün ağac” kimi filmlərə yeni forma tərtibatı verərək, özünün xüsusi film üslubunu yaratmışdı.

Mərhum rejissorun "Başmaqlar üçün ağac” filmi 1978-ci ildə Kann kinofestivalının "Qızıl palma budağı” mükafatına layiq görülüb. O, 1988-ci ildə "Müqəddəs işçi düşkünü haqqında əfsanə” filminə görə "Qızıl şir” mükafatı alıb, Venesiya kinofestivalının qalibi olub.

"Biz Ermanno Olmini itirməklə bir film sənətkarını, dahi mədəniyyət nümunəsini itirdik. Onun ovsunlanmış baxışı bizə ölkəmizin köklərindən "danışıb” və bizi onları dərk etməyə vadar edib”, – deyən İtaliyanın Baş naziri Paolo Gentiloni "Twitter” səhifəsində rejissorun ölümünə münasibət bildirib.

İcmal.Az

RƏYLƏR