Vahid Məhərrəmov: “Pambıq sektorunun inkişafı istiqamətində xeyli iş görülməlidir”

OXUNUB: 1112 İQTİSADİYYAT

"İndiki dövrdə pambıqçılığı inkişaf etdirmək üçün təkcə maliyyə resusları ilə kifayətləmək olmaz. Bu sahə üzrə kadrların, mütəxəssislərin hazırlanması və elmi potensialın artırılması lazımdı. Pambıqçılıq olduqca çox mürrəkəb bir sahədir”.

Bunu BNEWS.az-a Bərdədə prezident İlham Əliyevin sədrliyi ilə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsinin əhəmiyyətini şərh edərkən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. O, bildirib ki, hələ Sövetlər dönəmində pambıqçılıq institutu vardı: "Ali təhsil almış aqronomlar orada praktiki olaraq işin gedişatı ilə tanış olurdular. Eyni zamanda yeni yaradılan pambıq sortları Azərbaycanda sınaqdan keçirilirdi. Demək olar ki, indiki şəraitdə bunların heç biri yoxdu. Artıq bu səhənin mütəxəssisləri qocalıb sıradan çıxıb. Ümumiyyətlə, peşə təhsili müəssisələrində kadrların yenidən hazırlanması istiqamətində iş aparılmadı. Ona görə də, Azərbaycanda son 3 ildə pambıqçılıqda məhsuldarlıq 20-dən 15 sentnerə düşüb. İki il əvvəl prezident İlham Əliyev bəyan edibdir ki, biz məhsuldarlığı 40 sentnerə çatdıracayıq. İndi isə prezident İlham Əliyev qeyd edir ki, əgər biz bütün lazımi işləri görsək məhsuldarlığı 20 sentnerə çatdırarıq. Artıq başa düşürlər ki, pambıqçılıq sahəsi mürrəkəb bir sahədir. Buna baxmayaraq geriya addım da atmırlar”, - deyə ekspert qeyd edib. Pambıqçılıqda işçi qüvvəsi məsələsinə də aydınlıq gətirən V. Məhərrəmov deyib ki, bütün proseslər, yəni çiyid səpinindən başlayaraq, məhsul yetişənə kimi işlər xüsusi texnikanın köməyilə həyata keçirilir: "Yalnız pambıq yığımı zaman müəyyən sayda işçinin əl əməyindən istifadə olunur. Bir işçi 10 ay ərzində işsiz qalacaq ki, iki ay ərzində sahələrdən pambıq yığıb ailəsini dolandıracaq. İşçi bunun müqabilində nə qədər əmək haqqı alacaq. Bu da təxminən ayda 300 AZN edir. Bir il ərzində 600 AZN müqabilində ailə saxlamaq olar? Hətta, prezident İlham Əliyev öz belə etiraf edir ki, ölkədə pambıqçılığı inkişaf etdirmək üçün hər il 100 milyon ABŞ dollar vəsait xərcləmişik, xərcliyirik və bundan sonra da xərcləyəcəyik. Xərclənən bu qədər vəsaitin müqabilində hər hektara 20 sentner məhsul götürmək nəzərdə tutulub. Bu isə fermerə sərf etməyəcək. Əgər əvvələr pambığın bir kq-nın qiyməti 45 qəpiyə alınırdısa, hesablayanda pambığın kilosu 1 dollardan az, 60 sent edir. İndi vəd verirlə ki, Azərbaycanda pambığın bir kq-nın alış qiyməti 60 qəpik olacaq. Bu isə pambığın kilosu 1dollardan az, 35 sent edir. Buradakı qiymət fərq isə ondan ibarətdir ki, manatın dəyəri aşağı düşüb. Mütləq şəkildə bu fərq nəzərə alınmalıdır. Ötən il pambıq əkini ilə məşğul olan fermerlərə 10 milyon AZN ziyan dəyib. Buradan belə bir nəticəyə gəlmək olar ki, bu sahənin inkişafı ilə bağlı ciddi araşdırmalar aparılmayıb, ciddi təkliflər ortaya qoyulmayıb. Ötən ilin nəticələrinə görə, insanları pambıq yığımı prosesinə cəlb edə bilmədilər. Yalnız məktəblərdən və tibb müəssisələrində çalışan texniki işcilər pambıq tarlasında işlədilər. Pambıqçılıq sahəsinə ciddi yanaşılmalıdı”, - deyə o əlavə edib. V. Məhərrəmov Özbəkistanın pambıq sektorunun inkişafına ciddi yanaşdığını qeyd edir: "Hazırda Özbəkistan pambıq yığan kombaynlar, traktorlar və gübrə istehsal edir. Hətta, Özbəkistan yığılan pabığı daxildə emal edərək xaricə ixrac edir. Ona görə də onlara pambıqçılıq fayda verir. İş bu cür qurulmasa, bu sahədən nə gəlir, nə də bu sahəyə işçi qüvvəsi cəlb etmək mümkün olacaq. Bu gün dünya bazarında mahlıcın 1 kilosunun qiyməti 1 dollar 70 sentdir. Azərbaycanda pambıq sektorunun inkişafı istiqamətində xeyli iş görülməlidir. Bu işə peşakarlar cəlb edilməlidir. Nazirlikdə, Prezident Aparatında, Nazirlər Kabinetində bu sahənin mütəxəssisi yoxdur. Prezident İlham Əliyev bu işi Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi, şöbə müdiri Zeynal Nağdəliyevə tapşırıb. Nağdəliyev nə bilir pambıq nədir?”.

Anar Cəfərov

BNEWS.az

RƏYLƏR