Valideynləri ilə toydan qayıdan 6 yaşlı uşağı maşın vurdu - Ağstafada

OXUNUB: 728 HADİSƏ

Ağstafada 6 yaşlı oğlanı maşın vurub. 

İcmal.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Ağstafa şəhərində "Fuad” şadlıq sarayının qarşısında qeydə alınıb.

Poylu kənd sakini, 2011-ci il təvəllüdlü Muğalov Turan Naib oğlu yolu keçərkən avtomobil onu vurub. Uşaq dərhal Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, uşaq valideynləri ilə şadlıq sarayında keçirilən toy şənliyindən çıxıb yolu keçən zaman avtomobil onu vurub.

 

İcmal.Az

RƏYLƏR