Vaqner Baxmutu tutduqlarını elan edib

OXUNUB: 191 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Rusiyanın hərbiləşdirilmiş təşkilatı Wagner Group-un rəsmi sosial media hesabından edilən açıqlamada, "İnternetin imkanları məhdud olduğu üçün bayraq qaldırma anının bütün videosu saat 18:00-20:00 arasında nümayiş olunacaq"-deyilib. Priqojin, Rusiya bayraqları və Vaqner plakatları daşıyan bir çox əsgərin qarşısında bugünkü tarixi yazılmış Rusiya bayrağını tutaraq bütün şəhəri ələ keçirdiklərini bildirib. Digər tərəfdən, Ukrayna Ordusunun sözçüsü Serhiy Cherevatyi mətbuata açıqlama verərək, izahatın doğru olmadığını və Ukrayna əsgərlərinin Baxmutda döyüşlərini davam etdirdiklərini bildirib.

7NEWS.az

RƏYLƏR