Vasıf Talıbov karantin qaydalarını belə pozdu - FOTOLAR

OXUNUB: 810 index-manşet

Naxçıvan Muxtar Respublikasının Ali Məclisin sədri Vasif Talıbov karantin qaydalarını pozub.

 Vasıf Talıbov Naxçıvanda yeni Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. Açılışda iştirak edən məmurlar ölkədə sərt karantin qaydalarını kobud şəkildə pozaraq heç bir qaydalara əməl etməyiblər. Belə ki, 5 nəfər toplaşmaq icazəsi olduğu halda 10 nəfər toplaşaraq sosial məsafəni gözləməyib. Bundan əlavə Vasıf Talıbov qapalı məkanda maska taxmayıb. Halbuki prezident İlham Əliyev dəfələrlə xalqa qapalı məkanlarda maska taxmağı tövsiyyə edib.

Qeyd edək ki, Naxçıvanda 142 koronavirusa yoluxan xəstə var. Onlardan 11 nəfəri vəfat edib./Anews.az



RƏYLƏR