Vasif Talıbov Naxçıvanı İrana "satıb" - DƏHŞƏTLİ CİNAYƏTİN İZİ İLƏ

OXUNUB: 302 GÜNDƏM Özəl
7NEWS.az xəbər verir ki, bu barədə araşdırmaçı-jurnalist Samir Feyruzov paylaşım edib: "Vasif Talıbovun "vurulması" təkcə milyardlarla pulun yeyilməsinə görə deyil. O, Azərbaycan dövlətinin suverenliyinə, müstəqilliyinə təhdid yaradan addımlar atıb. 

Belə ki, Naxçıvanın strateji əhəmiyyət kəsb edən yerlərini, biznes sahələrinin əksəriyyətini İrana satıb, ya da icarəyə verib. Məsələn, on milyonlarla dəyəri olan obyektləri iranlı biznesmenə satan V.Talıbov alqı-satqını cəmi 2 milyon manata rəsmiləşdirib. Ortada qalan böyük pulları gizlədib. 

Biz, Naxçıvanda Türkiyənin mövcudluğunun vacibliyini qəbul etmişik və buna heç vaxt etiraz etməmişik. Amma İranı Naxçıvana soxmaq bağışlanmaz cinayətdir. 

V.Talıbov Bakı ilə Naxçıvanın rabitəsini tamamilə qırmışdı. 

Sabah İranla Azərbaycan arasında hər hansı toqquşma olardısa, İran Naxçıvanda bizə xeyli "sürprizlər" göstərəcəkdi. 

Naxçıvanın Talıbovlar ailəsinin əlindən xilas edilməsi Qarabağın iğaldan azad edilməsi qədər əhəmiyyətli və strateji addımdır. 

Ona görə də Naxçıvanla bağlı atılan addımlar təqdir edilməli, Naxçıvandakı təmizləmə prosesi daha radikal şəkildə davam etməlidir. 

Eyni zamanda, V.Talıbovun Bakıdakı adamları, xüsusilə, mətbuatdakı "casus şəbəkəsi" araşdırılmalıdır. Bu şəxslər Bakıda ayrı-ayrı şəxslərlə və mühüm dövlət tezisləri ilə bağlı mütəmadi şəkildə V.Talıbovun ətrafını məlumatlandırıb qarşılığında pullar alıblar."
7NEWS.az

RƏYLƏR