Vasif Talıbov nazir qudasını işdən çıxardı

OXUNUB: 324 HADİSƏ

Naxçıvanın daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Qeyd edək ki, F.Ələkbərov Vasif Talıbovun qudasıdır. O, Naxçıvanın DİN rəhbəri vəzifəsinə 2017-ci ildə təyin olunmuşdu.

 

DİN-in keçmiş rəhbəri Əhməd Əhmədov isə külli miqdarda narkotik qalmaqalına görə vəzifəsindən azad olunaraq həbs edilib./ Unikal.org

RƏYLƏR