Vəkil Bəhruz Bayramov: “Karantin dövründə “AKKORD”un “Kanal13” rəhbərinin evini qəsb etməsi qanunaziddir” - VİDEO

OXUNUB: 1407 index-manşet Özəl GÜNDƏM

Bu günlərdə mətbuatda "AKKORD”dan Prezidentə qarşı siyasi təxribat:BAŞ REDAKTORUN EVİ QANUNSUZ ZƏBT EDİLDİ – TƏFƏRRÜAT” başlıqlı yazı dərc edilmişdi. Məqalədə qeyd olunurdu ki, "Akkord”Sənaye Tikintisi İnvestisiya Korporasiyası ASC-nin pandemiya dövründə etdiyi özbaşınalıqlar birmənalı şəkildə siyasi sifariş və ölkəmizin milli maraqlarına xəyanət kimi dəyərləndirilməlidir. Belə ki, bir neçə gün öncə şirkətin əməkdaşlarıAbşeron rayon, Xırdalan şəh., Bakı-Sumqayıt şossesinin 7-ci km-də inşa etdiyi 1 saylı binanın 11-ci blokunda yerləşən 29 saylı, 1 otaqdan ibarət, ümumi sahəsi 45.47 kv.m olan, Anar Orucovaməxsus mənzili dəmir alətlə qıraraq kilidi dəyişmiş və mənzili qanunsuz olaraq zəbt etmişlər. Daha sonra isə "Zakir Qaralov tənqidçi medianı niyə radikallaşdırır? –"AKKORD” "KANAL13” RƏHBƏRİNİN MƏNZİLİNİ BELƏ ZƏBT ETDİ” başlıqlı yazı dərc edildi və proses tam aydınlığıa çıxdı. "Akkord”Sənaye Tikintisi İnvestisiya Korporasiyası ASC-nin Baş içraçı direktoru Bürhan Həmidov məsələyə münasibət bildirdi. (YAZI BURADA). Dərhal sonra Əziz Orucov bu münasibətə cavab verdi və prosesi tam olaraq təsvir etmiş oldu. (YAZI BURADA).

Tanınmış vəkil Bəhruz Bayramov məsələyə hüquqi baxımdan tam qiymət verərək "Akkord”Sənaye Tikintisi İnvestisiya Korporasiyası ASC-nin özbaşına, qanunazidd addımlarını faktlarla sübut edib. Bəhruz Bayramov qeyd edib: "Bu addım qanunsuz və özbaşına edilib. Məhkəmə qərarında tamam başqa mənzil göstərilib. Bundan başqa qanunsuz olaraq qapını qırıb, içəri giriblər. Burada mülkiyyətçinin əmlakı var, qiymətli əşyaları var. Hələ nəzərə alaq ki, bütün bunlar karantin dönəmində baş verir. Bu dəhşətdir.

Daha sonra "Kanal13”ün rəhbəri Əziz Orucov da münasibət bildirib. O, qeyd edib ki, burada təkcə "Akkord”Sənaye Tikintisi İnvestisiya Korporasiyası ASC-nin özbaşınalığı deyil: "Bu siyasi təzyiqdə həm də Abşeron Məhkəməsinin böyük rolu var”

Videomünasibəti təqdim edirik:

 

RƏYLƏR