Venesiyada avtobus qəzası: 21 ÖLÜ

OXUNUB: 171 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Mestre bölgəsində baş verən qəzada 2-si uşaq olmaqla 21 nəfər ölüb. Bildirilib ki, avtobus qatar relslərinin yanına düşüb və bir neçə metr aralıda alovlanıb. Venesiya qubernatoru Mişel Di Bari qəzadan 15 nəfərin yaralı sağ qaldığını bildirib. Di Bari ölənlər arasında turistlərin olduğunu bildirib. X-də verdiyi açıqlamada qəzanı "apokalipsis səhnəsi" kimi qiymətləndirən Venesiya meri Lui Bruqnaro həlak olanların xatirəsinə matəm elan edildiyini açıqlayıb. Qəza ilə bağlı açıqlama verən İtaliyanın baş naziri Giorgia Meloni qəzaya görə dərin kədərini ifadə edib. Səlahiyyətlilər qəzanın səbəbi ilə bağlı açıqlama verməsələr də, Mestre ilə Venesiya arasındakı dəmir yolu xətti nəqliyyata bağlanıb.

7NEWS.az

RƏYLƏR