Venesuela ali məhkəməsi baş prokurorun hesablarını dondurdu

OXUNUB: 746 DÜNYA
Venesuelada siyasi böhran davam edir.

Ali məhkəmə baş prokurorun ölkədən çıxışına qadağa qoyub və bank hesablarını dondurub.

Venesuelanın baş prokuroru Luisa Orteqa Dias 4 iyul tarixində ifadə vermək üçün məhkəmə qarşısına çıxacaq. Bundan başqa ona ölkəni tərk etmək qadağan edilib. Eyni zamanda baş prokurorun bank hesabları dondurulub.

Dias vəzifəsindən sui-istifadədə və ciddi nöqsanlarda ittiham edilir. Son dövrlər baş prokuror prezident Nikolas Maduronun siyasətinə qarşı çıxış edirdi və məhkəmənin 8 üzvünün işdən alınmasını tələb edirdi.

Qeyd edək ki, Venesuelada hökumətə qarşı çıxışlar aprel ayından başlayıb.

RƏYLƏR