Venesuela və Kolumbiya 3 ildən sonra diplomatik münasibətləri bərpa edib

OXUNUB: 397 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Venesuelada prezident Nikolas Maduro hökumətinə qarşı dövlət çevrilişinə cəhd edən ABŞ-ın dəstəklədiyi müxalifət lideri Xuan Quaydoya Kolumbiyanın dəstəyi ilə 3 il əvvəl kəsilən Venesuela ilə Kolumbiya arasında diplomatik əlaqələr, səfirlərin gəlişindən sonra yenidən bərpa edilib.  Keçmiş xarici işlər naziri və Venesuelanın Boqotadakı səfiri Feliks Plasensiya Boqotaya, Kolumbiyanın Karakasdakı səfiri Armando Benedetti Venesuelanın paytaxtı Karakasa gəlib. Belə ki, iki ölkə arasında 2019-cu ilin fevralında pozulan diplomatik əlaqələr Kolumbiyanın yeni prezidenti Qustavo Petro və Maduronun qarşılıqlı səfir təyinatları ilə yenidən qurulub.

7NEWS.az

RƏYLƏR