7NEWS.az xəbər verir ki, Barbados adasında bir araya gələn hökumət və Venesuela Unitar Platforması nümayəndələri danışıqlar nəticəsində Norveçin vasitəçiliyi ilə seçkilərin 2024-cü ilin ilk yarısında keçiriləcəyini açıqlayıb. Birgə bəyanatda embarqoların aradan qaldırılmasının vacibliyinə diqqət çəkilərək, "Ölkədə 2024-cü ildə keçiriləcək prezident seçkilərinə gedən yolda ABŞ-ın Venesuelaya qarşı sanksiyalarını yumşaltmasını və seçkilərlə bağlı təminatları müəyyən edən iki qismən saziş imzalanıb"-deyilib. Bəyannamədə seçkilərdə milli və beynəlxalq müşahidəçilərin iştirakının vacibliyi vurğulanıb və oktyabrın 22-də keçiriləcək praymeriz nəticəsində müxalifətin öz namizədini irəli sürə biləcəyi bildirilib. Tərəflərin razılığa gəldiyi və Venesuelada uzun illərdir davam edən siyasi və iqtisadi böhrana həll yolu tapmağı hədəflədikləri paylaşılıb.
7NEWS.az