Vəzifəli şəxs GÜLLƏLƏNDİ

OXUNUB: 656 HADİSƏ

Gürcüstanın Zuqdidi şəhər bələdiyyəsi aparatının rəisi Qriqol Mikava odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

İcmal.Az report-a istinadən xəbər verir ki, faktı ölkənin Daxili İşlər Nazirliyi də təsdiqləyib. O, diz nahiyəsindən yaralanıb.

Nazirlikdən bildirilib ki, cinayətkarın tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

 

Faktla bağlı qəsdən sağlamlığa ağır ziyan vurmaq maddəsi ilə cinayət işi açılıb.

 

 

İcmal.Az

RƏYLƏR