Vəzifəli şəxsin gəlinini zorlayıb öldürən Fəttahın məhkəməsi oldu - FOTO

OXUNUB: 1260 HADİSƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində iki uşaq anasını zorlamaqda və boğaraq öldürməkdə ittiham olunan 29 yaşlı Fəttah Nuriyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

İcmal.Az virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Eldar Mikayılov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclasları qapalı keçiriləcək.

Qeyd edək ki, qətl hadisəsi ötən il avqustun 7-də Sumqayıt şəhərində baş verib. F.Nuriyev 35 yaşlı Sevda Bayramovaya küçədə təcavüz edərək onu zorlayıb. Sonra isə boğaraq öldürüb. S.Bayramova ailəli, 2 övlad anası olub.
Vəzifəli şəxsin gəlinini zorlayıb öldürən Fəttahın məhkəməsi oldu - FOTO
İcmal.Az

RƏYLƏR