"Virtual Qarabağ" İKT Gənclər İB tərəfindən "Göyçə: itirilmiş ocaq" sənədli filmi istehsal edilib – GİN-in dəstəyi ilə

OXUNUB: 289 index-manşet MƏDƏNİYYƏT

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ" İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən istehsal edilmiş "Göyçə : itirilmiş ocaq" sənədli filmi ilk dəfə olaraq 30 aprel 2021- ci il, saat 21:00 – da Azərbaycan Televiziyasında nümayiş olunacaq.

Filmdə buz kimi bulaqları, yaşıl çəmənləri, uca dağların qoynundakı mavi gözlü Göyçə gölünü, ruhumuzun qidası olan ozan – aşıq sənətini bizə xatırladan, igid insanları və qonaqsevərliyi ilə seçilən və Azərbaycan mədəniyyətinin və tarixi coğrafiyasının ən böyük itkilərindən biri olan eldən, Oğuz yadigarı – Göyçədən bəhs edilir. Sənədli filmin ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifləri tarixçi alimlər Nazim Mustafa, Ramin Əlizadə, rejissoru Teymur Nəcəfzadədir.

Sənədli film Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə ərsiyə gəlmişdir.

 

Filmi Azərbaycan, ingilis, rus dillərində youtube kanalımızın aşağıdakı linklərindən izləyə bilərsiz:


AZE

 


RU

 

 

 

 

 ENG


 

RƏYLƏR