Virusa yoluxan şəxslərin yerləşdiriləcəyi xəstəxananın kanalizasiyası Kür çayına axıdılır?

OXUNUB: 409 SOSİAL

Zərdab xəstəxanasında acınacaqlı vəziyyət...

"Ölkə üzrə iyirmi üç müxtəlif tutumlu xəstəxana COVİD-19 virusuna yoluxmuş xəstələrin müalicəsi üçün bağlanıb. Bu sırada Zərdab şəhər xəstəxanasının adı ən son çəkilənlərdəndir. Bildiyim qədəri ilə xəstəxana xəstə qəbuluna hazır vəziyyətdə saxlanılıb. Cənablar, bu işin yetkililəri, bilin və agah olun Zərdabın kanalizasiya sistemi yoxdur”. 

icmal.az bildirir ki, bunu jurnalist Jalə Mütəllimova deyib.

J.Mütəllimova bildirib ki, yoluxmuş xəstələrin köçürülməsini nəzərdə tutulan Zərdab şəhər xəstəxanasının kanalizasiyası, Zərdabı Gəlmə kəndindən ayıran Qarasu çayına tökülür: "Bu çay "Kür”ün xırda qoludur. Və elə Zərdabda "Kür”ə birləşir. Yəni xəstəxanada müalicə olunacaq xəsətələrin kanalizasiyası "Kür”ə axıdılacaq. Etməyin, a kişi, yazıqdır bu millət. İnfeksion xəstələrin müalicəsi ilə məşğul olacaq xəstəxananın kanalizasiyasının axacaq o sudan milyonlarla adam içməli su kimi istifadə eləyir axı...”

Məsələyə rəsmi qurumlar münasibət bildirməyib

RƏYLƏR