Övladının ad günü üçün şar aldı, faciəyə səbəb oldu - FOTOLAR

OXUNUB: 992 DÜNYA
Rusiyanın Polısayeva şəhərinin sakini İrina kiçik qızı üçün ad günü şənliyi keçirmək istəyib, ancaq bayram məraisimi əsl dəhşətə çevrilib. Belə ki, qadının sifariş elədiyi 30 hava şarı uşaq otağında partlayıb.

Məlumata görə, kuryer bir gün əvvəl şarları mənzilə gətirib. Ana isə məktəbdən əvvəl uşağını təbrik etmək istəyib. Səhəri gün, o sübh tezdən əlində şarlar və tort ilə uşaq otağına girir. Və bu zaman partlayışlar baş verib.

«Partlayış çox möhkəm idi. Mən yanıq xəsarətləri aldım. Şükür ki, partlayış dalğası mənə tərəf olub, qızım bu vaxt odeyalın altında idi və bu da onu xilas etdi.», – deyə xanım bildirir. Onun sözlərinə görə, partlayışın səsindən divar və tavanda uçuqlar olub, plastik pəncərə yerindən ayrılıb.

Qadın ikinci dərəcəli yanıq xəsarəti alıb.

Hadisə ilə bağlı istintaqa başlanılıb./faktxəbər/
Övladının ad günü üçün şar aldı, faciəyə səbəb oldu - FOTOLAR
Övladının ad günü üçün şar aldı, faciəyə səbəb oldu - FOTOLAR
Övladının ad günü üçün şar aldı, faciəyə səbəb oldu - FOTOLAR
 
İcmal.Az

RƏYLƏR