Vyetnam prezidenti Nguyen Xuan Phukun tutduğu vəzifədən istefa verdiyi bildirilir.
7NEWS.az xəbər verir ki, Vyetnam Kommunist Partiyası istefa tələbini qəbul etdiyi Phukun prezidentliyinə, 2021-2026-cı illər Milli Müdafiə və Təhlükəsizlik Şurasının sədrliyinə, siyasi büro və partiya komitəsi üzvlüyünə xitam verib.
Partiyadan verilən açıqlamada Phukun vəzifəsindən istefa verərək təqaüdə çıxmağa qərar verdiyi, partiyanın nizamnamə və qanunları nəzərə alaraq istefanı qəbul etdiyi bildirilib. Bəyanatda bildirilib ki, Phuk partiyanın və dövlətin əsas liderlərindən biridir, komitədə və Siyasi Büroda mühüm vəzifələr götürüb.
7NEWS.az