WhatsApp meneceri Will Cathcart, tətbiqdə təsadüfən silinmiş mesajları geri qaytarmağa imkan verən yeni funksiya təqdim etdiklərini açıqladı.
7NEWS.az xəbər verir ki, Mesajlaşma proqramında göndərilən mesajlar iki fərqli şəkildə silinir. Onlardan biri mesajın söhbətdəki bütün kontaktlardan silinə biləcəyi "hamı üçün sil”; digəri isə "özüm üçün sil" funksiyasıdır ki, burada mesaj yalnız onu göndərən şəxsin ekranından silinə bilər. Bununla belə, əgər istifadəçilər təsadüfən mesajı "özüm üçün sil" funksiyası ilə siliblərsə, mesajın söhbətdəki digər insanlardan silinməsinin heç bir yolu yox idi. Cathcart, bunu Yeni Xüsusiyyətlə təmin etdiklərini söylədi.
7NEWS.az