Xaçmaz sakini evinə qonaq gələn şəxsi öldürdü

OXUNUB: 674 HADİSƏ

Xaçmazda qətl törədilib.

İcmal.Az xəbər verir ki, Rayon Prokurorluğundan apa-ya verilən məlumata görə, Xudat şəhərində şəhər sakini, 1964-cü il təvəllüdlü Bəxtiyar Şahlar oğlu Çobanov yaşadığı evdə tanışı, 1968-ci il təvəllüdlü Hikmət Zahuddin oğlu Babayevi bıçaqlayaraq öldürüb.
 
Məlumata görə, H.Babayev B.Çobanovun evinə qonaq gəlibmiş. Onlar yeyib-içərkən aralarında mübahisə düşüb və nəticədə B. Çobanov qonağı bıçaqlayıb.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

 

İcmal.Az

RƏYLƏR