Xanım sürücü şəhər mərkəzində BUNU DA ETDİ: Yaşıl işıqda... - VİDEO

OXUNUB: 1551 SOSİAL

Qaydalardan xəbərsiz xanım sürücü Bakıxanov qəsəbəsində kameralara yaxalanıb.

İcmal.Az avtosfer.az saytına istinadən xəbər verir ki, Səmədbəy Mehmandarov küçəsində svetoforun sağa əlavə bölməsində yaşıl işığın yanmasına baxmayaraq həmin zolaqda svetoforun əsas bölməsinin yaşıl işığının yanmasını gözləyən 90-DD-715 qeydiyyat nişanlı "Nissan" markalı avtomobilin xanım sürücüsü arxadan gələn avtomobillərin hərəkətini məhdudlaşdırıb. Arxadakı sürücü səs siqnalından istifadə etsə də xanım sürücü yenə də svetoforun əsas bölməsində yaşıl işığın yanmasını gözləyib. Əsas bölmədə yaşıl işıq yandıqdan sonra sürücü sağa dönərək Sülh küçəsiylə hərəkət etməyə başladı.

 

Belə anlaşılır ki, həmin sürücünün qaydalardan xəbəri yoxdur.

RƏYLƏR