Xanım sürücülərə qənim kəsilənlər tutuldu

OXUNUB: 802 HADİSƏ
Mayın əvvəlində Qusarda avtomobildən oğurluq edən şəxslər saxlanılıb.

İcmal.Az bildirir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yaradılmış əməliyyat-istintaq qrupunun əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər-Tural Hüseynov və Elməddin Quliyev müəyyənləşdirilib. Onlar Bakıda saxlanılaraq istintaqa təhvil veriliblər.

İstintaqa verdikləri ifadələrindən məlum olub ki, onlar daha çox xanım sürücüləri hədəfə alırlarmış. Qadınların avtomobildən düşərkən, adətən, əl çantalarını salonda qoymalarını gözdən qaçırmayan tanışlar avtomobilə yaxınlaşıb, əvvəlcədən hazırladıqları şiş alətlə yan şüşəni sındıraraq soyğunçuluq ediblər.

İstintaqın gedişində bu şəxslərin Bakı şəhərində də analoji hadisələr törətmələri müəyyənləşdirilib.
 
 
İcmal.Az

RƏYLƏR