Xəzər rayonunda neft çəni yanıb

OXUNUB: 582 SOSİAL
Bakı şəhəri, Xəzər rayonunda həcmi 2000 m³ istifadəyə yararsız, kəsilməkdə olan neft çəninin dibinə yığılmış neft qalıqları yanıb.

Fövqəladə Hallar Nazirliyindən   İcmal.Az-a verilən məlumata görə, yaxınlıqda olan çənlər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​
 
İcmal.Az

RƏYLƏR