Xocalı sakinlərinə səyyar ASAN xidmət göstərilir

OXUNUB: 1510 Özəl SOSİAL
Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal anti-terror əməliyyatları zamanı Şuşa rayonunun  işğaldan azad edilmiş Malıbəyli və Quşçular kəndləri Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq Qanuna əsasən Xocalı rayonunun  inzibati ərazi bölgüsünə daxil edilib.  
 
​Xocalı Rayon İcra Hakimiyyətinin müraciətinə əsasən qeyd olunan kəndlərin sakinlərinin daimi qeydiyyat ünvanının dəyişdirilməsi zərurəti yaranıb.  
 
​Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən xüsusi səyyar qruplar formalaşdırılıb.  
 
​Səyyar ASAN xidmət çərçivəsində Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki Gilavar sanatoriyasında və Ramana qəsəbəsindəki Şuşa şəhərciyində yaşayan müvafiq kəndlərin 150-dən çox sakininə xidmətin göstərilməsi nəzərdə tutulur.
 
​Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.
 



 

RƏYLƏR