Xumara ad günü sürprizi - Rəqs etdi, tort üfürdü - VİDEO

OXUNUB: 876 ŞOU-BİZNES

Bu gün əməkdar artist Xumar Qədimovanın doğum günüdür.

İcmal.Az axşam.az-a istinadən xəbər verir ki, sevilən sənətçiyə dostları gecəyarısı ad günü sürprizi ediblər.  

O, "Ad günün mübarək" musiqisinin sədaları altında məkana daxil olub. Rəqs edən sənətçi daha sonra onun üçün hazırlanmış tortu üfürüb. 

Azərbaycan səhnəsində özünəməxsus yeri olan Xumar Qədimova bir çox nəğmə və kompozisiyanın müəllifidir. 

Yenə ucadadır yeri taxtımın,
Qızıl dövranıdır indi vaxtımın 

- deyən əməkdar artist hər zaman duyğularını dinləyicilərinə nəğmələriylə çatdırıb. 

Sevənlərimə ən böyük hədiyyəm nəğmələrimdir söyləyir - Bir də gəlməyəcək mənim tək qadın. 

 

Mən nə yaralar aldım heç biri öldürmədi - deyib fəryad edəndə də, 

Ey insan, sən fanisən - mesajını söyləyəndə də ümid yeri sevənləri olub. 

Biz də Xumar Qədimovanı təbrik edir, ona yaradıcılıq və şəxsi həyatında uğurlar arzulayırıq.

İcmal.Az

Xumara ad günü sürprizi

RƏYLƏR