"Yalan deyirlər, her yerdə cəsədlər var..." - Tibb bacısı ağlayaraq paylaşdı / VİDEO

OXUNUB: 1303 DÜNYA

Qlobal təhlükəyə çevrilən koronavirusun ciddi fəlakətə səbəb olduğu ABŞ-da yoluxma və ölüm sayı durmadan artır.

Redaktor.az bildirir ki, Nyu-Yorkda yaşayan tibb bacısı iki həftə ərzində yaşadıqlarını göz yaşları ilə dilə gətirib. O, "hər yerdə cəsəd var” deyərək pandemiyanın necə təhlükəli olduğuna diqqət çəkib:

"Yalan deyirlər, hər yerdə insan cəsədləri ilə rastlaşıram. Tibb bacıları olan rəfiqələrim üçün üzülürəm".

Tibb bacısı gündə 5-7 saat işlədiklərini, yalnız 2 dəfə su içmək üçün fasilə verildiyini vurğulayıb. 

O, həkimlərin, digər tibb işçilərinin kəskin şəraitdə işlədiyini, həyatlarının təhlükədə olduğunu əlavə edib.

RƏYLƏR