Yanan “Gelandewagen” bu avtomobillə yarışırmış - FOTO

OXUNUB: 674 HADİSƏ

Ötən gün Bakının Heydər Əliyev prospektində baş verən dəhşətli qəza hələ də müzakirə olunmaqdadır.

 10-PP-203 dövlət nömrə nişanlı "Gelandewagen” əvvəlcə 3 piyadanı vurub, daha sonra isə idarəetməni itirərək, işıq dirəyinə çırpılıb.

Hadisə şahidlərinin dediyinə görə, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus olan "Gelandewagen” başqa bir avtomobillə ötüşürmüş.

Sosial şəbəkələrdə də artıq bu barədə məlumatlar dolaşır. Sözügedən nəqliyyat vasitəsinin 99 FS 777 dövlət nömrə nişanlı "Mazda” ilə yarışdığı bildirilir./yeniçağ

İcmal.Az

 

RƏYLƏR