YAP Xətai rayon təşkilatının Natiq Əliyev 50 ünvanı üzrə ərazi partiya təşkilatında növbəti görüş keçirilib - FOTO

OXUNUB: 298 SOSİAL
İyunun 4-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Natiq Əliyev 50  ünvanı üzrə ərazi partiya təşkilatında növbəti görüş keçirilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə tədbirin təsadüf etdiyi günə diqqəti yönəldərək bildirib ki, 31 il bundan öncə bu günlərdə Azərbaycanın yaşadıqları müstəqillik tariximizin qaranlıq səhifəsi kimi  vərəqlənməkdədir. Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə hakimiyyətsizliyin hökm sürməsi Azərbaycanı  müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Hakimiyyəti zor gücünə ələ keçirən AXC-Müsavat cütlüyünün yaratdığı anarxiya, xaos, özbaşınalıq heç vaxt unudulmayacaq. 1993-cü ilin 4 iyun Gəncə hadisələri Azərbaycanda hakimiyyət böhranının daha da dərinləşməsinə gətirib çıxardı.  Ölkənin bu taleyüklü anında xalqın yeganə ümidi  Ulu Öndər Heydər Əliyev idi. Xalqın təkidli tələbi ilə  iyunun 9-da Bakıya gələn Ümummilli Lider Heydər Əliyev bu gəlişi ilə Azərbaycanın bugünkü reallıqlarının əsasını qoydu. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılan 15 İyun- Milli Qurtuluş Günü xalqımız üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan  Ulu Öndər  Heydər Əliyevdir.

Vüqar Rəhimzadə vurğulayıb ki, 1993-cü ildən bugünədək Azərbaycan böyük inkişaf yolu keçib. Bütün uğurlarımızın əsasında Ulu Öndər Heydər Əliyevin Azərbaycanın bugününə və gələcəyinə xidmət edən düşünülmüş və məqsədyönlü siyasəti dayanır. Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı  Onun yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının həyatında da yeni bir mərhələnin əsasını qoydu.  Vətəninə, xalqına bağlılığını atdığı addımları ilə təsdiqləyən Ümummilli Liderin xidmətləri sırasında 2003-cü ildə xalqa tarixi müraciəti daim xüsusi vurğulanır. Son 20 ildən artıq dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dünyaya Günəş kimi doğan Azərbaycanı qalibiyyətə qovuşdurdu. Hazırda işğaldan azad edilmiş bütün torpaqlarımızda  üçrəngli Bayrağımız dalğalanır. Ümummilli Liderin ən böyük arzusu Azərbaycanı ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş qalib ölkə kimi görmək idi. Son üç ildən artıq dövr müstəqillik tariximizə Zəfər səhifələrinin yazılması ilə diqqətdədir. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımız böyük  sevinc hissi ilə doğma yurd-yuvalarına qayıdırlar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu günlərdə  Xocalı şəhərinə köçmüş sakinlərlə görüşüb onlara evlərin açarlarını təqdim etməsi qayıdışın növbəti ünvanı oldu.

Tədbirdə çıxış edən YAP üzvləri Sevinc Orucova və Kəmalə Ağalarova bildiriblər ki, bu günün reallıqlarından baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Tarixi ədalətə əsaslanan siyasətimizin uğurları bu əminliyə böyük əsas verir.  Hədəfimiz Qərbi Azərbaycana qayıdışdır. Bu hədəfə də zamanında və yüksək səviyyədə nail olacağıq. Azərbaycanın daha da güclənməsi, qüdrətlənməsi, xalqımızın yüksək rifah şəraitində yaşaması Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsasını təşkil edir.

Sonda YAP sıralarına yeni qəbul olunanlara partiyanın üzvlük vəsiqəsi təqdim edilib.
 
 

RƏYLƏR