Yapon alim fay xəttinin peyk görüntülərini paylaşıb

OXUNUB: 219 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında baş verən və 10 əyalətdə dağıntılara səbəb olan 7,7 və 7,6 ballıq zəlzələlərin əks-sədaları davam edərkən, Tokio Universiteti Fənlərarası İnformasiya Araşdırmaları İnstitutundan professor Hidenori Vatanabenin işi zəlzələnin yaratdığı dağıntıları ortaya qoydu. Peyk görüntüləri ilə zəlzələ bölgəsini diqqətlə araşdıran Vatanabe sosial media hesabında məlumatları ictimaiyyətlə paylaşıb. Vatanabe ötən il rəhbərlik etdiyi komanda ilə birlikdə Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində baş verən dağıntıların rəqəmsal xəritəsini yaratmaqla ictimaiyyətin diqqətini çəkib.

7NEWS.az

RƏYLƏR