7NEWS.az xəbər verir ki, Yaponiya Parlamenti əsasən dini və digər qrupların, əsasən də Birlik Kilsəsini hədəf alan "hücumedici” üsullarla ianələrin məhdudlaşdırılmasına yönəlmiş qanun qəbul edib.
Assambleyanın ilin son sessiyasında təsdiqlənən qanun donorlara və əvvəllər sektaya ianə vermiş ailə üzvlərinə pulun geri qaytarılmasını tələb etməyə icazə verir. Başqa sözlə desək, ianə vermənin mənəvi borc olduğunu ifadə etmək qəti qadağandır.
Qrupun pul yığma üsulları və hakim partiya ilə sıx əlaqələri cəmiyyətdə kəskin reaksiyalara səbəb olub.
7NEWS.az