Yaponiya Fukusimadan tullantı sularını axıdır

OXUNUB: 195 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Yaponiyanın baş naziri Fumiyo Kişida suyun boşaldılmasının nüvə tənzimləyiciləri tərəfindən təsdiq edilmiş planlara uyğun olaraq başlayacağını bildirib. Baş nazir Kişida bəyan edib ki, 1 milyon tondan çox suyun boşaldılması elektrik stansiyasının istismardan çıxarılmasının uzun və mürəkkəb prosesinin mühüm hissəsidir. 2011-ci ildə ölkədə baş verən böyük zəlzələ fəlakətindən sonra sunami ilə 7-ci dərəcəli nüvə qəzasına uğramış Fukusima Daiiçi Atom Elektrik Stansiyasının soyutma işlərində istifadə olunan su təxminən 12 ildir ki, zavod şəhərciyində saxlanılırdı.

7NEWS.az

RƏYLƏR