Yaponiya hökuməti paytaxtdan köçən ailələrə hər uşaq üçün 1 milyon yen verəcək

OXUNUB: 216 Özəl DÜNYA
Yaponiyada hökumət, digər bölgələrdə əhalinin azalmasının qarşısını almaq üçün Tokiodan köçməyə qərar verən hər bir ailəyə uşaq başına 1 milyon yen mükafat veriləcəyini açıqladı. 

7NEWS.az xəbər verir ki, Yaponiyanın müxtəlif bölgələrində əhalinin azalmasının qarşısını almaq üçün qəbul edilən qərarın bir hissəsi olaraq, aprel ayından etibarən Tokiodan köçən ailələrə hər uşağa 1 milyon yen veriləcək. Bunun üçün hökumətin əvvəlki stimulu 300.000 yen idi. Kyodo agentliyi pulun yarısının mərkəzi hökumətdən, digər yarısının isə bələdiyyələrin payına düşəcəyini bildirib. 

Tokionun əhalisi keçən il ilk dəfə azalsa da, hökumət şəhərin əhalisinin sıxlığını azaltmaq və ölkənin digər hissələrini canlandırmaq üçün daha çox addımlar atmaq lazım olduğunu düşünür. Tokiodan köçən ailələr həvəsləndirici ödəniş aldıqdan sonra yeni yaşayış yerində ən azı 5 il yaşamalı və ailənin bir üzvü işləməlidir. 5 ildən əvvəl Tokioya qayıdanlar ödənişi geri qaytarmalı olacaqlar. 


RƏYLƏR