Yaponiya Çinin dəniz məhsulları idxalına qadağası ilə bağlı ÜTT-yə şikayət edə bilər

OXUNUB: 188 Özəl DÜNYA
Yaponiya Fukusima İn-Dai Atom Elektrik Stansiyasından təmizlənmiş radioaktiv suyun okeana buraxılmasından sonra Çinin Yaponiya dəniz məhsulları idxalını qadağan etmək qərarı ilə bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edə biləcəyini bildirib.

7NEWS.az xəbər verir ki, Çinin tətbiq etdiyi idxal məhdudiyyətləri ilə bağlı "əks tədbirləri qiymətləndirməmiz lazım olan bir mərhələyə girdiyimizi" ifadə edən Sanae qeyd edib ki, diplomatik təşəbbüslər təsirli olmazsa, ÜTT-yə qoyulan məhdudiyyətlərdən şikayətlənmək variantlar arasındadır. Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa isə başqa bir mətbuat konfransında iki ölkə arasında "konstruktiv” münasibətlərin davam etdirilməsi üçün "yaxın ünsiyyətin” vacibliyini vurğulayaraq, ölkəsinin də bu kimi qurumlar çərçivəsində "lazımi addımlar” atacağını bildirib.

7NEWS.az

RƏYLƏR