7NEWS.az xəbər verir ki, Yaponiya Kosmik Tədqiqatlar Agentliyi (JAXA) və Mitsubishi şirkətlərinin birgə hazırladığı H3 raketinin buraxılması üzrə ilk cəhd uğursuz olub. JAXA, saat 10.37-də Kaqoşima prefekturasındakı Taneqaşima Kosmos Mərkəzindən atılan raketin ikinci pilləli mühərrikinin alovlanmadığı aydınlaşdıqdan sonra saat 10:52-də raketin özünü məhv etmə əmri verildiyini açıqlayıb. JAXA məsələ ilə bağlı təfərrüatlı araşdırmaya başlasa da, Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi də buraxılış cəhdinin niyə uğursuz olduğunu müəyyən etmək üçün araşdırma komissiyası yaradıb. H3 raketinin buraxılışı fevralın 17-nə planlaşdırılırdı və texniki problemlərə görə son anda ləğv edilən buraxılış bu günə təxirə salınıb.
7NEWS.az