Yaponiya sahillərində ABŞ hərbi gəmisi ilə Filippin ticarət gəmisi toqquşdu — 7 hərbçi itkin düşüb

OXUNUB: 759 DÜNYA
Yaponiya sahillərində ABŞ esminesi ticarət gəmisi ilə toqquşub.


Hadisə axşam saatlarında baş verib. ABŞ hərbi dəniz donanması toqquşmadan sonra Yaponiya sahil mühafizə xidmətindən yardım istəyib.

Toqquşmadan sonra ABŞ donanmasına aid "Fitzgerald" gəmisinin Filippin ticarət gəmisi ilə toqquşması nəticəsində 7 dənizçi itkin düşüb. Bu barədə Yaponiya mətbuatı xəbər verib.

Filippin gəmisində isə bir nəfər xəsarət alıb. Amerika esminesinin göyərtəsi zədələnib və dəniz suyu gəmiyə dolub.

ABŞ hərbi dəniz donanması faktla bağlı araşdırma aparılır./olke.az
 

İcmal.Az

RƏYLƏR